» » » Rio-2016: Rüstəm Orucov 1/4 finala vəsiqə qazandı!

Rio-2016: Rüstəm Orucov 1/4 finala vəsiqə qazandı!

Bu gün Rio-2016 XXXI-ci Yay Olimpiya Oyunlarında medal ümidlərimizdən olan Rüstəm Orucov mübarizəyə başlayıb.
 
Premyer.az xəbər verir ki, 1/16 mərhələsində cüdoçumuzun rəqibi Qazaxıstanlı Didar Kamza olub.  Əzmkar qələbə qazanan Rüstəm, adını 1/8 finala yazdırıb.
 
1/8 mərhələdə idmançımızın rəqibi avstraliyalı Jake Bensted olub və Rüstəm bu görüşdə ipponla rəqibi üzərində qələbə qazanıb!
 
Beləliklə də cüdoçumuz 1/4 finalda macarıstanlı Niklos Unqvari ilə görüşəcək.
529     
Reklam

Reklam