» » » Aprel döyüşlərində şəhid olmuş əsgərlərimizin xatirəsinə həsr edilmiş cüdo turniri keçirildi

Aprel döyüşlərində şəhid olmuş əsgərlərimizin xatirəsinə həsr edilmiş cüdo turniri keçirildi

06-07 avqust 2016-cı il tarixlərində İmişli rayon Olimpiya İdman Kompleksində aprel döyüşlərində şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinə həsr olunmuş idmanın Cüdo  növü üzrə uşaq və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir.
 
Premyer.az bildirir ki, yarışın keçirilməsində məqsəd uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi, vətənpərvərlik hisslərinin artırılması, cüdo idman növünün təbliği, inkişaf etdirilməsi və istedadlı idmançıları aşkar edib zona və respublika yarışlarında iştirakını təmin etməkdən ibarət olmuşdur.
Yarışların sonunda Astaralı idmançılarımızdan 50 kq çəki dərəcəsidə Hüseynzadə Pərviz II yerə, 38 kq çəki dərəcəsində Novruzov Rüstəm III yerə, 30 kq çəki dərəcəsində Gülməmmədov Məhsun III yerə layiq görülmüşlər.
İdmançılarımızı yarışa Juboksinq Citsu Federasiyasının cənub bölməsinin rəhbəri, şərq idman növləri üzrə V dan "Qara kəmər” ustası Nəzərəli Əliyev hazırlamışdır.
Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev Gənc və perspektivli idmançılarımızı təbrik etmiş və onlara uğurlar arzulamışdır.
421     
Reklam

Reklam