» » » Rio-2016 XXXI-ci Yay Olimpiya Oyunlarının Açılış Mərasimi başladı!

Rio-2016 XXXI-ci Yay Olimpiya Oyunlarının Açılış Mərasimi başladı!

Rio-2016 XXXI-ci Yay Olimpiya Oyunlarının Açılış Mərasimi başladı!Braziliyanın ikinci ən böyük şəhəri olan Rio de Janeyro şəhərində  XXXI  Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi start götürüb.  Premyer.az bildirir ki, Bakı vaxtı ilə saat 03:00-də  başlanan mərasim məhşur "Marakana” stadionunda keçirilir.
 
XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandası 18 idman növü üzrə 56 idmançı  ilə təmsil olunacaq. Azərbaycan nümayəndə heyətinin bayraqdarı 2012 London Olimpiadasının bürünc mükafatçısı, ilk Avropa Oyunlarının qalibi, Avropa çempionatının qızıl və gümüş mükafatçısı, dünya çempionatının gümüş və bürünc mükafatçısı, üçqat Azərbaycan çempionu, boksçu Teymur Məmmədov olacaq.
 
Qeyd edək ki, avqustun 21-dək davam edəcək Rio de Janeyro Olimpiadasında 206 ölkəni təmsil edən 10 mindən çox idmançı 33 növ üzrə 306  dəst medal uğrunda mübarizə aparacaq.
641     
Reklam

Reklam