» » » Teymur Məmmədov: "Milyonların önündə öz ölkənin Bayrağını daşımaq – bir şərəfdir!"

Teymur Məmmədov: "Milyonların önündə öz ölkənin Bayrağını daşımaq – bir şərəfdir!"

Teymur Məmmədov: "Milyonların önündə öz ölkənin Bayrağını daşımaq – bir şərəfdir!" Bu gecə saat 3:00-da Braziliyanın Rio-de-Janeyro şəhərində start götürəcək XXXI-cı Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimində ölkəmizin Bayraqdarı – 2012 London Olimpiadasının bürünc mükafatçısı, ilk Avropa Oyunlarının qalibi, Avropa çempionatının qızıl və gümüş mükafatçısı, dünya çempionatının gümüş və bürünc mükafatçısı, üçqat Azərbaycan çempionu, boksçu Teymur Məmmədov olacaq.
 
 
Premyer.az saytı Olimpiya Oyunlarının açılış mərasiminə saatlar qalmış, Teymur Məmmədovdan qısa müsahibə alıb. Müsahibəni diqqətinizə çatdırırıq:
 
 
-         Bu gün gecə baş tutacaq XXXI-ci Yay Olimpiya Oyunlarının Açılış Mərasimində ölkəmizin Bayraqdarı olacaqsan. Hansı hissləri keçirirsən?
-          Bu hər bir idmançı üçün qürurverici hissdir, həmçinin də mənim üçün.
 
 
-         Bəs həyəcan hissi necə, var mı?
-          Əlbətdə var. Milyonların önündə öz ölkənin Bayrağını daşımaq – bir şərəfdir!
 
 
-         Yəgin ki bilirsən ki, öz ölkənin Bayraqdarı olmaq, həm də böyük məsuliyyətdir. Olimpiadadakı uğurlu çıxışınla Bayraqdar seçilməyə layiq olduğunu sübut etməlisən...
-          Çalışacam ki Azərbaycana medalnan qayıdım, amma bu Olimpiada bir lotoreyadır, uda da bilərsən, uduza da...
 
 
-         Hər bir halda biz sənə və bütün yığma yoldaşlarına uğurlar arzulayırıq.
-          Təşəkkür edirəm.
 
Rauf İskəndərov / Premyer.az
525     
Reklam

Reklam