» » » Karate Rioda tarixi anlar yaşayacaq

Karate Rioda tarixi anlar yaşayacaq

Karate ailəsinin gözləri yaxın günlərdə bu qədim idman növünün unudulmaz anlar yaşayacağını səbirsizliklə gözlədiyi Rio de Janeyroya yönəlib. Premyer.az bildirir ki, karatenin Tokio 2020 Olimpiya Oyunlarının proqramına daxil edilməsi ilə bağlı yekun qərarın veriləcəyi gün artıq yetişməkdə olduğuna görə, Dünya Karate Federasiyasınıın (WKF) nümayəndələri bu tarixi tədbirlə bağlı  Braziliyanın bu ecazkar şəhərinə gəlməkdədirlər.       Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos bu idman növünü 2016 Olimpiya Oyunlarına ev sahibliyi edən şəhərdə baş tutacaq fövqəladə tədbirlərdə təmsil etmək üçün gələn nümayəndə heyətinə rəhbərlik edir. Karate üçün önəmli anların yaxınlaşması ilə  həyəcan artıqca,    DKF-nin nümayəndələri Rio de Janeyroya gəlməyə başlayır. 
     Beynəlxalq Olimpiya Komitəsinin 3 avqust 2016-cı il tarixində baş tutacaq 129-cu Sessiyasında karatenin Tokio 2020 Olimpia Oyunlarının proqramına daxil edilməsi ilə bağlı yekun qərar qəbul ediləcək. 
     İndi bütün dünyadakı karate azarkeşlərindən gələn dəstək   kütləvi xarakter alıb və bütün karate ailəsi karatenin Olimpiya arzusunun həyata keçməsini görmək üçün unikal imkan barədə öz gözlənti və hisslərini ifadə etmək üçün Sosial Mediyaya müraciət edirlər.

 WKF-in rəsmi internet səhifəsinə istinadla Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov
499     
Reklam

Reklam