» » » BŞF növbəti reytinq cədvəlini açıqladı - 4 şahmatçımız siyahıda!

BŞF növbəti reytinq cədvəlini açıqladı - 4 şahmatçımız siyahıda!

Beynəlxalq Şahmat Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb. Premyer.az bildirir ki, siyahıya 2857 balla norveçli Maqnus Karslen başçılıq edir.

Dortmunddakı superturniri qalib başa vuran fransalı Maksim Vaşye-Laqrav 2819 balla 2-ci, ondan 9 bal geri qalan rusiyalı Vladimir Kramnik isə üçüncüdür.

Azərbaycanlı şahmatçılar arasında ən yüksək nəticə Şəhriyar Məmmədyarova məxsusdur. O, 2764 balla 11-ci sıradadır. 2722 balla Teymur Rəcəbov 32, Arkadi Naydiç 2696 balla 44-cü mövqedə qərarlaşıb. Siyahıda daha iki təmsilçimiz var. Aktivində 2678 bal olan Eltac Səfərli 57-ci, 2666 bala sahib olan Rauf Məmmədov isə 78-ci pillədədir.

Qeyd edək ki, şahmatın rapid növü üzrə Şəhriyar 8, Teymur 9-cudur. Blits növündə ən yüksək nəticə 10-cu pillədə gedən Rəcəbova məxsusdur.
307     
Reklam

Reklam