» » » Şahmat həlletməsi üzrə 1-ci Azərbaycan kuboku keçirildi

Şahmat həlletməsi üzrə 1-ci Azərbaycan kuboku keçirildi

25 iyulda Sumqayıt Şahmat Məktəbində şahmat həlletməsi üzrə 1-ci Azərbaycan kuboku keçirildi. Premyer.az xəbər verir ki, bu yarış artıq uzun illərdir ki, müasir Azərbaycan Şahmat Bəstəçiliyinin banisi Aleksandr Sarıçevin (2.8.1909 - 7.12.1986) xatirəsinə  həsr olunurdu. Bu ildən yarış artıq rəsmi xarakter daşıyır.
  Yarışda şahmat bəstəçiliyinin 6 bölməsi üzrə (ikigedişli, üçgedişli, çoxgedişli, etüdlər, yardımmat, əks-mat), hər bölmədən 2, ümumi 12 tapşırıq təqdim edildi.  Yarış 2 turdan ibarət idi. Hər turda 6 tapşırıq 2 saat ərzində həll edildi.
  Qalib adını 60 mümkündən 44,25 xal toplayan 15 qat Azərbaycan çempionu Araz Alməmmədov (Qəbələ, Vəndam) qazandı. 2-ci yeri qalibdən 0,75 xal geri qalan gənclər arasında Dünya çempionu Misrətdin İskəndərov (Sumqayıt) tutdu. Onun ilk turda zəif çıxışı, hərbi qulluğa aparıldığı üçün yarışa 1 saat gec gəlməsi ilə bağlı idi. 3-cü yeri isə 40,25 xalla gənclər arasında Avropa çempionu Rəşad Zeynallı )Bakı) tutdu.
16 yaşadək gənclər arasında ən yaxşı nəticəni Ceyhun Hüseynzadə (Sumqayıt) gpstərdi.
  Xatırladaq ki, bu yarış həm də, 30 iyul - 6 avqust Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək 40-cı Şahmat Həlletməsi Dünya çempionatına hazırlıq mərhələsi daşıyırdı. Qeyd edək ki, şahmat həlletməsi Millimiz 2014-cü ildə Berndə (İsveçrə) Dünya çempionatında və 2016-cə ildə Afinada (Yunanıstan) Avropa çempionatında gümüş medal qazanıb.
   Qaliblərə pul mükafatları, diplom və medallar təqdim edildi.

275     
Reklam

Reklam