» » » Rusiya millisinin Olimpiya heyəti 40 nəfər qala bilər

Rusiya millisinin Olimpiya heyəti 40 nəfər qala bilər

Rusiya millisinin Olimpiya heyəti 40 nəfər qala bilərBOK Rusiya millisinin Olimpiya heyətini ciddi şəkildə azalda bilər. Premyer.az bildirir ki, The Telegraph qəzetinin məlumatına görə BOK ciddi nəzarətdən keçməyən idmançıları müstəqil ekspertlərin verdiktlərinə görə Riodan kənarlaşdırmaq fikrindədir. Belə olan halda Rusiyanı Olimpiya oyunlarında təmsil edəcək atletlərin sayı hətta 40-a düşə bilər.
Qeyd edək ki, deleqasiyanın tərkibi artıq 68 nəfər azaldılıb. Onlardan 7-si üzgüçü , digərləri isə avarçəkənlər , ağır atletika üzvləri , velosipedçilər və güləşçilərdir.
Hələlik 3 federasiya Rusiya idmançılarına etirazını bildirməyib. Bəzi federasiyalar isə rus atletlərlə bağlı qərar qəbul etməyib. Onların nəticəsi yaxın günlərdə bilinməlidir.
314     
Reklam

Reklam