» » » Ruslan Əliyev: "Texniki döyüşə üstünlük verib, rəqibimə qalib gəldim" (FOTOLAR)

Ruslan Əliyev: "Texniki döyüşə üstünlük verib, rəqibimə qalib gəldim" (FOTOLAR)

Ruslan Əliyev: "Texniki döyüşə üstünlük verib, rəqibimə qalib gəldim" (FOTOLAR) Premyer.az saytının dünən xəbər verdiyi kimi, Qazax Rayon  İcra Hakimiyyətinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "Qazax" Süd Məhsulları"nın təşkilatı dəstəyi ilə ulu öndər Heydər Əliyev kuboku uğrunda növbəti kikboksinq turniri keçirilib.
 
Qazax Olimpiya Kompleksində baş tutan turnirdə Azərbaycan milli komandası Gürcüstanın milli komandasına qarşı mübarizə aparıb və 7:0 hesabı ilə parlaq qələbə qazanıb.  
 
Komandamızın heyətində aşağıdakı idmançılar fərqlənib:   Zöhrab Əzimov (60 kq, DİN İdman Cəmiyyəti, Azərbaycan), Ruslan Əliyev (63,5 kq, "Qızıl əlcək” İdman Klubu, Azərbaycan), Arzuman Qədimov (67kq, "Naxçıvan” İdman klubu, Azərbaycan), Ramal Aslanov (71 kq, DİN İdman Cəmiyyəti, Azərbaycan), Emil Mövsumzadə (75 kq, DİN İdman Cəmiyyəti, Azərbaycan), Ehtiram Rzayev (81 kq), Bəhram Rəcəbzadə (94 kq, "Orion” İdman klubu, Azərbaycan).
 
Kikboksçularımızdan Ruslan Əliyev saytımızın oxucularına yaxşı tanışdır. 17 yaşlı Ruslan Premyer.az saytının "Onları Tanıyaq” rubrikasının qonağı olub.
 
Bu dəfə də Ruslandan, dünən keçirdiyi görüş və rəqibi haqqında fikirlərini öyrənmək istədik. İdmançımızın dediklərini diqətinizə çatdırırıq:
Ruslan Əliyev: "Döyüş öncəsi ənənəvi olaraq üz-üzə gəldiyimizdə, aramızda bir balaca anlaşılmazlıq oldu. Bu çox guman ki bir psixoloji amil idi. Rəqibim mənə baxıb gülümsəyirdi, mən isə özümü sakit aparmağa çalışırdım və onun yersiz hərəkətlərinə fikir vermirdim. Mən texniki döyüşə üstünlük verirdim, rəqibim isə, əksinə olaraq, oyunun gözəlliyini pozmağa can atırdı və dəfələrdə qadağan olunmuş fəndlər işlədirdi. Hakimlər bunu görürdülər və artıq ikinci raundda gürcü kikboksçunu cəzalandırdılar. Bir neçə xəbərdarlıqdan sonra rəqibin xalını azaltdılar. Üçüncü raundun sonlarına yaxın mən diz fəndi ilə rəqibimin burnunu zədələdim. Ondan sonra bir neçə dəfə də ağrıdıcı zərbələr endirdikdən sonra, texniki nokautla qələbə qazandım.
Görüş bitdikdən sonra gürcü döyüşçü özünü layiqli apardı və məni təbrik edərək qucaqladı və hətda qaldırdı. Amma döyüşə gəlincə, o çox çirkin döyüşürdü. Onun döyüş stili heç xoşuma gəlmədi.
Qələbəmdə əməyi olan məşqçim Rəhim Allahverdiyevi qeyd etmək istərdim. Mənə çox dəstək oldu və əziyyət çəkdi. Və təbii ki millimizn baş məşqçisi Elşən Abdulrəhimovu da qeyd etməyə bilmərəm. Elşən müəllim 4 gün ərzində mənim üzərimdə işlədi və qazandığım qələbədə onun da payı var. Qələbəmə çox sevinirəm və məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm!”


922     
Reklam

Reklam