» » » Gənc taekvondoçularımız Avropa Çempionatına yollanır

Gənc taekvondoçularımız Avropa Çempionatına yollanır

Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhəri  Avropa birinciliyinə ev sahibliyi edəcək. Premyer.az bildirir ki, 23-26 iyul tarixlərində, Avropa Taekvondo Birliyinin və Rusiya Taekvondo Birliyinin rəhbərliyi ilə təşkil edilən 21 yaşlı taekvondoçular arasında keçiriləcək qitə birinciliyində, gənclərdən ibarət yığma komandamız da yer alıb. Gənclərin dünya birinciliyi öncəsi komandanın baş məşqçisi,əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov, bu yarışda 13 idmançıya şans verəcək. 4-gün davam edəcək yarışda təmsilçilərimizdən -54 kq çəki dərəcəsində Qaşım Maqomedov,Əli İsazədə (-58 kq),Zəlimxan Rəşidov (-63 kq),Əliəsgər Əliyev (-68 kq),Mert Çiçek (-74 kq),Fərkan Məmmədli (-87 kq),Orxan Tağızadə (+87 kq),qızlardan isə Nərgiz Mirzəyeva (-46 kq),Leyla Məmmədova (-49 kq),Diana Hacəliyeva (-53 kq),Gülsüm Gültəkin (-57 kq),Şəms Həsənova (-62 kq),Sevil Zamanova  -67 kq çəki dərəcəsində dayanq üzərinə çıxacaq.
250-dək taekvondoçunun qatılacağı 21 yaşlı gənclərin qitə birinciliyinə, 23 iyulda Qroznı şəhər Olimpiya İdman Kompleksində start veriləcək.Bu gün Çeçenistan respublikasına yollanan komandamız 27 iyul tarixində vətənə dönəcək.
Yarışda ədalət təmsilçilərimizdən beynəlxalq dərəcəli hakimlər Tural Vəlibəyov və Çoşqun Nadirli ölkəmizi təmsil edəcək.
- See more at: http://taekwondo.az/index.php?page=sp&id=502#sthash.bHjJVyOF.dpuf
274     
Reklam

Reklam