» » » Gənc sərbəst güləşçilərimiz AÇ-də komanda hesabında ikinci oldu

Gənc sərbəst güləşçilərimiz AÇ-də komanda hesabında ikinci oldu

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Premyer.az bildirir ki, çempionatın ilk iki günündə sərbəst güləş üzrə yarışlar keçirilib və qaliblər müəyyənləşib. Yığma komandamızın üzvləri 1 qızıl, 3 gümüş və 7 bürünc medal qazanıb.

Qızıl medalı yığma komandamıza Mahir Məmmədzadə (42 kq) qazandırıb. Maqomedsalix Abakarov (42 kq), Djopua İnal (63 kq) və Rəşad Yusifli (76 kq) final görüşündə uduzaraq gümüş medala yiyələnib. Bürünc medalları isə Əsgər Məmmədəliyev (46 kq),  İntiqam Vəlizadə (50 kq), Sabutay Əmişov (54 kq), Qadjimurad Qadjiyev (63 kq), Abubakr Abakarov (69 kq), Əli Əminzadə və Asxab Həmzətov (hər ikisi 100 kq) qazanıb.

Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında Rusiyadan sonra ikinci pillədə tamamlayıb.
305     
Reklam

Reklam