» » » “Məşqçilər üçün texniki təlim kursu” başladı

“Məşqçilər üçün texniki təlim kursu” başladı

18 iyul tarixində Milli Olimpiya Komitəsi, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Beynəlxalq Velosipedçilər İttifaqı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə "Məşqçilər üçün texniki təlim kursu” başladı.
 
Premyer.az bildirir ki, layihənin əsas məqsədi beynəlxalq dərəcəli velosiped idmanı məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir.
 
Məşğələlər Beynəlxalq Velosipedçilər İttifaqı tərəfində müvafiq proqram üzrə seçilən təlimçi Elnarə Musayeva tərəfindən keçirilir. Təlim nəzəri və praktiki məşğələlərdən ibarətdir.
 
 
Layihədə ümumilikdə 17 məşqçi iştirak etmişdir. Sonda təlim iştirakçılarına beynəlxalq dərəcəli sertifikat təqdim olunacaq.
327     
Reklam

Reklam