» » » Rio-2016 Yay Olimpiya Oyunlarının Açılış Mərasimində Azərbaycan Bayrağını bu idmançı daşıyacaq

Rio-2016 Yay Olimpiya Oyunlarının Açılış Mərasimində Azərbaycan Bayrağını bu idmançı daşıyacaq

Rio-2016 Yay Olimpiya Oyunlarının Açılış Mərasimində Azərbaycan Bayrağını bu idmançı daşıyacaqRio-2016 XXXI-ci Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimində ölkəmizin Bayrağını daşıyacaq idmançının adına aydınlıq gəlib.
 
Premyer.az bildirir ki, bu şərəfə - 2012-ci ildə Londonda keçirilmiş XXX-cu Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı - bokçu Teymur Məmmədov layiq görülüb. 23 yaşlı Teymur, 2015 Avropa Oyunlarının qalibi, 1 qat Avropa Çempionu, "Tərəqqi" medalı və "Şöhrət" ordeninə layiq görülmüş idmançıdır.
 
Qeyd edək ki, Rio-2016 XXXI-ci Yay Olimpiya Oyunlarına ölkəmiz 57 lisenziya əldə edib.
524     
Reklam

Reklam