» » » Basketbol yığmamızın Avropa Çempionatındakı növbəti uğuru

Basketbol yığmamızın Avropa Çempionatındakı növbəti uğuru

Basketbol yığmamızın Avropa Çempionatındakı növbəti uğuru San Marinoda yarışan U18 milli komandamız Avropa Çempionatı C divizionu çərçivəsində qrup mərhələsinin sonuncu oyununda Monakonu darmadağın edib (79:61 /20-13, 18-16, 27-15, 14-17/).
Premyer.az bildirir ki, basketbolçularımız oyunun əvvəlindən rəqibə aman verməyərək üçüncü hissədən sonra qarşılaşmanın taleyini həll etdilər. Oyunçularımıza gəldikdə isə Endər Poladxanlı (24 xal), Nicat Məmmədli (18 xal) və Əkbər Məmmədov (12 xal) məhsuldar atışları ilə yadda qaldılar.
Yarımfinal oyununda komandamız iyulun  14-də  Bakı vaxtı ilə saat 19.00-də Kosovo yığması ilə qarşılaşacaq.
411     
Reklam

Reklam