» » » Gənc taekvondoçularımız Rusiyada 2 qızıl medal qazandı

Gənc taekvondoçularımız Rusiyada 2 qızıl medal qazandı

Gənc taekvondoçularımız Rusiyada 2 qızıl medal qazandıBöyüklərdən ibarət yığma komandamızın üzvlərinin ardında gənc  taekvondoçularımız da  uğurlu çıxışlarını davam etdirir. Premyer.az xəbər verir ki, Rusiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində, sayca VI olan "Asiya Uşaqları” Beynəlxalq İdman Oyunları keçirilir. Dörd ildən bir təşkil edilən oyunlar, müxtəlif idman növlərində keçirilir ki, bunların arasında taekvondo idman növü də var. Startı verilən taekvondo üzrə yarışlarda təmsilçilərimiz artıq uğura imza atıblar. Belə ki, aldığımız son məlumata görə -48 kq çəki dərəcəsində mübarizəyə qatılan Ayaz Qəmbərli müvafiq olaraq Monqoliya, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı və Qazaxıstan təmsilçisindən, Orxan Tağızadə (+73 kq) isə Yunanıstan, Rusiya, Qazaxıstan, Rusiyalı rəqiblərindən üstün olaraq fəxri kürsün ən yüksək pilləsinə qalxmağı bacarıb.
310     
Reklam

Reklam