
4-cü İslam Həmrəylik Oyunlarının Təşkilat komitəsinin nümayəndələri
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi ilə görüşüb. Premyer.az bildirir ki, Federasiyanın prezidenti Yaşar Bəşirov milli komandamızın İslam
Həmrəylik Oyunlarında qazandığı uğurlar barədə qısa məlumat verərək
qarşıdakı mötəbər yarışa hazırlıq işlərinin böyük məsuliyyətlə
aparıldığını bildirib. O qeyd edib ki, 3 il əvvəlki oyunlarda azərbaycan
karateçilərinin böyük uğurlar qazandığını söyləyib. O cümlədən
azərbaycan karateçiləri son İslam Oyunlarının komanda yarışında birinci
olduğunu qeyd edib.
Oyunların təşkilat komitəsinin idman bölməsinin rəhbəri Mark
Honeybun qarşıdakı mötəbər yarışa yüksək hazırlıq işlərinin aparıldığnı
söyləyib. Görüşdə məlumat mübadiləsindən əlavə, müəyyən texniki
məsələlər də müzakirə olunub. 4-cü İslam Həmrəylik Oyunlarının karate
yarışları yalnız fərdi çəkilərdə keçiriləcək. 2013-cü ildə İndoneziyada
təşkil edilən ötən yarışda komanda görüşləri də keçirilmişdi.
Qeyd edək ki, Bakıda baş tutacaq 4-cü İslam Oyunlarının karate turniri bu mötəbər
yarışların ilk günlərində - 13-14 may tarixlərində "Sərhədçi" İdman
Olimpiya Mərkəzində keçiriləcək.