» » » Qadın güləşçilərimizin Ukraynada təlim-məşq toplanışı davam edir

Qadın güləşçilərimizin Ukraynada təlim-məşq toplanışı davam edir

Qadın güləşi üzrə yığma komandamızın Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə Ukraynada növbəti təlim-məşq toplanışı davam edir.

Premyer.az bildirir ki, iyulun 5-də başlayan təlim, Ukraynanın Zaroslyak təlim-məşq bazasında keçirilir. Toplanışda 6 güləşçi yer alıb. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç, Alyona Kolesnik (hamısı 58 kq) və Tatyana Omelçenko (60 kq) təlimlərə qatılıb. Milli komandamız Ukrayna millisi ilə birlikdə məşqlərini keçir.

Məlumat üçün bildirək ki, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar 14-21 avqust tarixlərində baş tutacaq.
288     
Reklam

Reklam