» » » Gənc cüdoçularımız Rusiyada 5 medal qazandı

Gənc cüdoçularımız Rusiyada 5 medal qazandı

Gənc cüdoçularımız Rusiyada 5 medal qazandıRusiyanın Yakutiya vilayətində yeniyetmələr arasında cüdo üzrə VI Beynəlxalq "Deti Azii" oyunlarına yekun vurulub. Premyer.az bildirir ki, Azərbaycan cüdoçuları yarışın sonuncu günü daha bir medal əldə edib.
90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Cəfər Əkbərli turnirin gümüş medalına sahib olub.
Bununla da, yeniyetmə cüdoçularımız "Deti Azii" oyunlarına 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq yekun vurublar.
Ölkəmizə qızıl medalı Ağabəy Ağazadə (55 kq), gümüş medalları Əli Sadıxov (46 kq), Nazir Talıbov (50 kq) və Cəfər Əkbərli (90 kq), bürünc medalı isə Vüsal Şamilov (73 kq) qazandırıb.
214