» » » Bakı 2016 Şahmat Olimpiadasına 50 gün qalır

Bakı 2016 Şahmat Olimpiadasına 50 gün qalır

Bakı 2016 Şahmat Olimpiadasına 50 gün qalırBakının təşkilatçılığı ilə keçiriləcək 42-ci şahmat Olimpiadasının başlanmasına 50 gün qalır. Premyer.az bildirir ki, bu isə o deməkdir ki, mötəbər yarışa hazırlığın ən məsul və həlledici dövrüdür. Böyük idman tədbirlərini beynəlxalq standartlara tam cavab verən səviyyədə təşkil edən Azərbaycanın üzərinə düşən missiyanın öhdəsindən yenə layiqincə gələcəyi şübhəsizdir. Bunu bir neçə ay əvvəl Bakıda olarkən FİDE prezidenti Kirsan İlümjinov da əminliklə vurğulamışdı. O, fikrini şahmatçıların dünya kuboku kimi nüfuzlu turniri Azərbaycanın nümunəvi təşkil etməsi ilə əsaslandırmışdı.

Olimpiada iştirakçılarının qeydiyyatı aprelin 15-də başlanıb. Bu günədək Ukrayna, İsrail, Rusiya, İngiltərə kimi güclü şahmatçılara malk ölkələr iştiraklarını təsdiqləyiblər və bu proses sürətlə davam edir. FİDE prezidenti Bakı olimpiadasında 180 ölkənin təmsil olunacağını diqqətə çatdırmışdı. Xatırladaq ki, 2014-cü il Norveç olimpiadasında 178 komanda mübarizə aparmışdı. Elə buradaca qeyd eləmək yerinə düşər ki, təşkilatçı ölkə kimi olimpiadada Azərbaycanın 3 kişi və 3 xanım olmaqla 6 komandası yarışacaq.
209