» » » Güləşçilərimizdən Almaniyada daha 3 qızıl və 1 gümüş medal

Güləşçilərimizdən Almaniyada daha 3 qızıl və 1 gümüş medal

Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran Pri beynəlxalq turniri keçirilir.

Premyer.az xəbər verir ki, turnirin ikinci yarış günündə 57, 61, 70 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 3 qızıl və 1 gümüş medalla başa vurub.

57 kq çəkidə yarışan Mircəlal Həsənzadə mübarizəyə 1/4 finaldan başlayıb. Ardıcıl olaraq Almaniyanın iki idmançısını məğlub edib və finala yüksəlib. Finalda ABŞ idmançısı Denis Danielə uduzan güləşçimiz gümüş medalla kifayətlənib. 

61 kq-da mübarizə aparan Hacı Əliyev də yarışa 1/4 finaldan başlayıb. Özbəkistan və Almaniyadan olan rəqiblərini böyük fərqlə üstələyən Hacı finala yüksəlib. Son görüşdə Polşadan Krustof Bienkovskini də üstələyən Hacı turnirin qızıl medalını qazanıb. 

70 kq çəkidə təmsilçimiz Gitinomaqomed Hacıyev də Türkiyə və Qazaxstandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Finalda Almaniya təmsilçisi Vickel Lennardı da məğlub edən güləşçimiz turnirin qızıl medalına yiyələnib.

125 kq çəkidə mübarizə aparan Cəmaləddin Məhəmmədov isə komanda yoldaşlarından fərqli olaraq bir görüş artıq keçirib. Mübarizəyə 1/8 finaldan qoşulan Cəmaləddin Qazastan, Ukrayna və Polşadan olan rəqiblərini məğlub edib. Finala yüksələn təmsilçimiz son görüşdə Qazaxstan idmançısı Daulet Şabanbayla qarşılaşıb. Rəqibini məğlub edən Cəmaləddin turnirin qızıl medalına sahib olub.

Qeyd ed'k ki, ik yarış günündə güləşçilərimiz 4 qızıl və 1 gümüş medal qazanıb. Qızıl medalları yığmamıza yunan-Roma güləşçisi Rafiq Hüseynov (75 kq), sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Xetaq Qazyumov (97 kq) qazandırıb. Şərif Şərifov (86 kq) isə gümüş medala yiyələnib.

57 kq
1/4 final - Mircəlal Həsənzadə - Artur Eisenkrein (GER) 10:0
1/2 final - Edwald Marcel (GER) - Mircəlal Həsənzadə 0:10
FİNAL - Mircəlal Həsənzadə - Denis Daniel (USA) 2:3

61 kq
1/4 final - Abbas Raxmonov (UZB) - Hacı Əliyev 2:13
1/2 final - Wolfer Manuel (GER) - Hacı Əliyev 2:12
FİNAL - Hacı Əliyev - Krustof Bienkovski (POL) 10:0

70 kq
1/4 final - Haydar Yavuz (TUR) - Gitinomaqomed Hacıyev 0:12
1/2 final - Gitinomaqomed Hacıyev - Nurlan Bekzanov (KAZ) 5:2
FİNAL - Vickel Lennard (GER) - Gitinomaqomed Hacıyev 6:12

125 kq
1/8 final - Cəmaləddin Məhəmmədov - Dmitri Popov (KAZ) 7:3
1/4 final - Danilo Kartavyi (UKR) - Cəmaləddin Məhəmmədov 1:11
1/2 final - Robert Baran (POL) - Cəmaləddin Məhəmmədov 1:9
FİNAL - Daulet Şabanbay (KAZ) - Cəmaləddin Məhəmmədov 6:12
415     
Reklam

Reklam