» » » Fitnes - günümüzün yaşam tərzi (MÜSAHİBƏ, FOTOLAR)

Fitnes - günümüzün yaşam tərzi (MÜSAHİBƏ, FOTOLAR)

Fitnes - günümüzün yaşam tərzi (MÜSAHİBƏ, FOTOLAR)Son illər ölkəmizdə də geniş yayılmış Fitnes nədir? Nəyə görə gənclərimiz fitnesə belə həvəs göstərirlər? Bütün bu suallara cavab tapmaq üçün, həvəskar fitnesçi, professional səviyyədə ilk addımlarını atan Xəqani Quliyevlə söhbətləşdik. Amma müsahibəni oxucularımıza təqdim etmədən öncə, istərdik ki Fitnes haqqında qısa məlumatı diqqətinizə çatdıraq.
 
Ümumiyyətlə Fitnes - söz mənası olaraq "Sağlam və formada olmaq" deməkdir. Fitnes bir sıra idman hərəkətlərinin birləşməsindən yaranan idman növüdür. Digər bütün idman növlərindən fərqli olaraq, təməldə əzələlərin tək-tək alətli və ya alətsiz işlədilməsiylə möhkəmləşdirilməsi və gücləndirilməsi məqsəd qoyulur. Deyə bilərik ki, fitnes - bütün idman növlərinin təməlidir.

MÜSAHİBƏ:

-          Ümumiyyətlə fitnes nədir?
-          Fitnes tək idman olmaqla yanaşı həm də yaşam tərzidir. Fitneslə məşğul olan bir kimsə bilməlidir ki, fitnes - sağlam yaşamağın və gözəl görünüşün təminatçısıdır.
 
 
-          Fitneslə  məşğul  olmağa  necə  qərar  verdin?
-          Mən 15 yaşımdan 3 il Kinqboksla məşğul olmaqa başladım. Kinqboksdan sonra digər idman növlərində də özümü sınadım. Əsgərliyimi bitirib gəldikdən sonra isə bu idmana məndə həvəs yarandı.
 
 
-          Professional çıxış etmək fikrin var mı?
-           Təbii ki var. Hal hazırda mən professional sahədə ilk addımlarımı atmağa çalışıram. Bu yaxınlarda məni respblika daxili ilk professional yarış da gözləyir. Əsas məqsədim isə, Azərbaycanda uğur əldə edərək, ölkəmi xaricdə professional fitnes yarışlarında təmsil etməkdir.
 
 
-          Fitnes və pəhriz.  Pəhrizin  finesdə rolu haqqında nə deyə bilərsən?
-          Fitness düzgün qida rasionuna diqqət etməklə əldə olunan bir məşqdir. Pəhriz isə fitnesdə müəyyən qədər öz yerini almaqdadır.
 
 
-          Fitneslə bodibildinqin ümumi və fərqli cəhətləri hansıdır?
-          Fitness və Bodibildinq ümumi cəhətdən eynidir. Fərqli cəhəti isə ondan ibarətdir ki, bodibildinqcilər fitnesçilərdən daha çox kalori qəbul edirlər.
 
 
-          Fitnesdə kumirin kimdir?
-          Mənim fitnesdə kumirim, hər zaman, ilk günlərimdə də olduğu kimi Lazar Angelovdur.
 
 
-          Fitneslə məşğul olmaq üçün yaş həddi var mı?
-          Əlbətdə ki yaş həddi var. Günümüzdəki  insanların ən çox etdiyi səhvdir bu. Bu idmanı 18 yaşından yuxarı qızlar və oğlanların başlaması daha məqsədə uyğundur.
 
 
-          Fitneslə məşğul olmaq üçün maddi məsələ nə qədər önəmlidir?
-          Fitnesdə maddi məsələ çox önəm təşkil edir. Yeyəcəyin qidalar, qəbul edəcəyin protein karbohidratlar,  sənin gözəl və fit bədənə sahib olma və məşqini birbaşa irəli aparmaq deməkdir. Necə ki, professional bodibildinq və fitnesçilər də bunu deyir ki, məşqin 70% - qida, 30%-i isə məşqdir.
 
Rauf İskəndərov/ Premyer.az

Fitnes - günümüzün yaşam tərzi (MÜSAHİBƏ, FOTOLAR)
Fitnes - günümüzün yaşam tərzi (MÜSAHİBƏ, FOTOLAR)
Fitnes - günümüzün yaşam tərzi (MÜSAHİBƏ, FOTOLAR)
Fitnes - günümüzün yaşam tərzi (MÜSAHİBƏ, FOTOLAR)
Fitnes - günümüzün yaşam tərzi (MÜSAHİBƏ, FOTOLAR)
1677     
Reklam

Reklam