» » » Qadın və kişi basketbolçularımız Avropa çempionatında çıxış edəcəklər

Qadın və kişi basketbolçularımız Avropa çempionatında çıxış edəcəklər

3X3 basketbol üzrə milli komandalarımız Avropa çempionatında çıxış edəcəklər. Premyer.az bildirir ki, kişilərdən ibarət yığma komandamız Hollandiyada təşkil ediləcək qitə birinciliyinin seçmə mərhələsində Almaniya, Serbiya, Türkiyə və Uels yığmaları ilə qarşılaşacaqlar.
 
Samit Nuruzadənin rəhbərlik etdiyi komanda mübarizəyə iyulun 1-də start verəcək. Həmin gün millimiz üç oyun keçirəcək. Basketbolçularımız əvvəlcə Almaniya, ardınca isə Uels və Serbiya ilə qarşılaşacaq. Bir gün sonra isə rəqib Türkiyə komandası olacaq.

Qadınlardan ibarət yığmamız Fransada mübarizə aparacaq. Basketbolçularımız qrupda bütün oyunlarını iyulun 1-də keçirəcək. İlk rəqib İtaliya olacaq. Digər iki görüşdə isə millimiz Slovakiya və Rusiya üz-üzə gələcək.

Qeyd edək ki, hər iki yarışda komandalar iki qrupa bölünüblər. Kişilərdən ibarət 4, xanımlardan isə 3 yığma Avropa çempionatına vəsiqə qazanacaq.
434     
Reklam

Reklam