» » » Beynəlxalq Olimpiya Komitəsi Rusiya ilə bağlı qərarını açıqladı

Beynəlxalq Olimpiya Komitəsi Rusiya ilə bağlı qərarını açıqladı

Beynəlxalq Olimpiya Komitəsi Rusiya ilə bağlı qərarını açıqladıİsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin növbəti iclası keçirilib. Premyer.az bildirir ki, tədbirdə Rusiyalı idmançılarla bağlı müəyyən qərarlar qəbul edilib. Rusiyalı atletlərin dopinq qalmaqlından sonra, onların Braziliyadakı Olimpiya Oyunlarında iştirakı sual altına düşmüşdü. Tədbirdə çıxış edən komitə sədri Tomas Bax bildirib ki, Beynəlxalq Atletika Federasiyasının, Rusiyanın bütün idmançılarının iştirakına qadağa qoymaq təklifinə normal baxır, lakin o qeyd edib ki, Komitə bir ölkəni bütövlüklə yarışlardan kənarlaşdıra bilməz. Rusiya ilə yanaşı eyni problemlə Keniya idmançıları da üzləşib. Bu səbədən də qərar alınıb ki, hər iki ölkənin dopinq nəzarətindən keçə bilməyən idmançıları və məşqçiləri atletika yarışlarından tamami ilə kənarlaşdırılsın, Olimpiada zamanı bu ölkə təmsilçilərin dopinq testləri intensiv şəkildə aparılsın.  Olimpiya Komitəsindən o da bildirilib ki, il ərzində bu məsələlərlə bağlı 500 milyon Avrodan çox pul xərclənir və 300 mindən çox dopinq testləri aparılır. Bu səbədən də Komitə heç bir Federasiyaya güzəştə gedə bilməz. Yaranmış problemlə əlaqədar Rusiyalı idmançıların Olimpiya oyunlarında iştirakı üçün digər ölkələrin tərkibinə keçmək və ya neytral bayraq altında çıxış etməsinə ehtiyac qalmayıb. Beləki Beynəlxalq Olimpiya Komitəsinin qərarına görə Dopinq qalmaqalında dı hallanmayan idmançılar RioOlimpiadasında iştirak edə biləcəklər. Bu xəbər Rusiyada böyük sevinclə qarşılanıb. Şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayeva bu qərarı Rusiyanın qələbəsi kimi dəyərləndirib: "Yarışların startına az qalıb. İdmançılar bir neçə il mübarizə aparıblar və olimpiadaya vəsiqə qazanıblar. Lakin onların Olimpiadada iştirakı sual altına düşmüşdü. Müxtəlif yollar müzakirə olunurdu müəyyən təkliflər irəli sürülürdü. Lakin biz ədalətli qərara inanırdıq. Çox şadam ki, idmançılarımız Rusiyanın bayrağı altında mübarizə apara biləcəklər. Bu bir növ bizim qələbəmizdir.” Uzunluğa tullanma üzrə Rusiyanın Olimpiya oyunlarında əsas medal ümidlərindən hesab olunan Daria Klişina da bu qərarı sevinclə qarşılayıb: "Çox sevinirəm. Öz ölkəmizi təmsil edəcəyik. Belə olacağını bilirdim. Neytral bayraq altında çıxış etmək ürəyimcə olmayacaqdı. Məni tez tez dopinqlə bağlı yoxlayırlar. Məlum hadisələrdən sonra bu hal intensivləşib. Heç bir problem yoxdu. Əgər kimdəsə problem varsa, nəyə görə mən bunun əziyyətini çəkməliyəm və ölkəmi təmsil etməməliyəm. Beynəlxalq Komitə ədalətli qərar çıxarıb. Onlara tşəkkür edirəm”.
512     
Reklam

Digər xəbərlər

Reklam