» » » Nofəl Babayev finalda ermənini yenərək Avropa çempionu oldu!

Nofəl Babayev finalda ermənini yenərək Avropa çempionu oldu!

Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Premyer.az xəbər verir ki, ilk yarış günündə güləşçilərimizdən Mikayıl Rəhmanov (60 kq) qızıl və Azər Nəsibli (50 kq) gümüş medal qazanıb. 

Çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb.

55 kq çəkidə mübarizə aparan Nofəl Babayev ilk görüşündə Gürcüstan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Türkiyə təmsilçisi ilə gərgin keçən növbəti görüşü də üstün tamamlayan güləşçimiz yarımfinalda yerli Rumıniya idmançısı ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada hesab və xalların keyfiyyəti bərabər olsa da sonuncu xalı qazanan Nofəl Babayev görüşü qalib başa vurub. Finala yüksələn güləşçimiz həlledici görüşdə Ukrayna idmançısını da məğlub edib və gənclərin Avropa çempionatında ikinci dəfə qızıl medal qazanıb. 

66 kq çəkidə yarışan Sənan Süleymanov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Ardıcıl olaraq Serbiya, Ermənistan və Slovakiyadan olan rəqiblərini üstələyən güləşçimiz yarımfinalda Ukrayna təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüşdə hesab bərabər olsa da xalların keyfiyyətinə görə rəqib üstün olub. Sənan Süleymanov bürünc medal uğrunda görüşdə Moldovadan olan rəqibini tam üstünlüklə məğlub edib və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

84 kq çəkidə mübarizə aparan İslam Abbasov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Yunanıstan, Almaniya və Xorvatiyadan olan rəqiblərindən ümumilikdə 28 xal alan İslam rəqibə cəmi 2 xal verib. Final görüşündə güləşçimizin rəqibi Türkiyə təmsilçisi olacaq. 

55 kq
1/8 final - Nofəl Babayev - Dato Çxartişvili (GEO) 5:0 (tuşe)
1/4 final - Nofəl Babayev - Ekrem Süleyman Öztürk (TUR) 7:6
1/2 final - Teodor Horatau (ROM) - Nofəl Babayev 6:6*
FİNAL - Jora Abovian (UKR) - Nofəl Babayev 2:4

66 kq
1/16 final - Sənan Süleymanov - Aleksa Erski (SRB) 6:2
1/8 final - Sənan Süleymanov - Malxas Amoyan (ARM) 9:6
1/4 final - Leos Drmola (SVK) - Sənan Süleymanov 2:10
1/2 final - Pərviz Nəsibov (UKR) - Sənan Süleymanov 7*:7
Bürünc medal görüşü - Valeriu Toderean (MDA) - Sənan Süleymanov 0:10

84 kq 
1/8 final - Efstratios Nikitas (GRE) - İslam Abbasov 0:9
1/4 final - Arian Gueney (GER) - İslam Abbasov 0:8 (84 san.)
1/2 final - İslam Abbasov - İvan Huklek (CRO) 11:2
FİNAL - İslam Abbasov - Ali Cengiz (TUR)

120 kq
1/4 final - Adəm Cəlilov - Nikolay İzmaylov (RUS) 3:8
Təsəlliverici görüş - Artur Vititin (EST) - Adəm Cəlilov 3:0
753     
Reklam

Reklam