» » » Güləş üzrə Avropa Çempionatında Mikayıldan Qızıl, Azərdən Gümüş medal!

Güləş üzrə Avropa Çempionatında Mikayıldan Qızıl, Azərdən Gümüş medal!

Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb. 

Premyer.az xəbər verir ki, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.

50 kq çəkidə yarışan Azər Nəsibli mübarizəyə 1/4 final mərhələsindən qoşulub. İlk olaraq macar rəqibini tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinalda Belarus təmsilçisi ilə görüşdən də qalib ayrılıb. Finala yüksələn Azərin son görüşdə rəqibi Gürcüstan idmançısı olub. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb. Azər Nəsibli çempionatın gümüş medalına sahib olub.

60 kq çəkidə mübarizə aparan Mikayıl Rəhmanov ilk olaraq Almaniya təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüşü minimal üstünlüklə qalib tamamlayan pəhləvanımız ardınca Rumıniya təmsilçisini də mübarizədən kənarlaşdırıb. Yarımfinald Bolqarıstan idmançısına qalib gələn Mikayıl finala yüksəlib. Həlledici görüşdə pəhləvanımız Gürcüstan təmsilçisinə vaxtından əvvəl qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb. 

50 kq 
1/4 final - Azər Nəsibli - Csaba Horvath (HUN) 0:8 (tuşe)
1/2 final - Artsem Belausau (BLR) - Azər Nəsibli 0:8
FİNAL - Azər Nəsibli - Nugzari Tsurtsumia (GEO) 8:10

60 kq 
1/8 final - Mikayıl Rəhmanov - Etienne Kinsinger (GER) 1:0
1/4 final - Mikayıl Rəhmanov - Aleksandru Solomon (ROM) 11:0
1/2 final - Mikayıl Rəhmanov - Nestar Nedkov (BUL) 7:1
FİNAL - Mikayıl Rəhmanov - Levani Kavjaradze (GEO) 11:2

74 kq
1/16 final - Mehrac Kərimov - Serkan Akkoyun (TUR) 1:3

96 kq 
1/16 final - Martinas Nemsevicius (LTU) - Soslan Fanziyev 7:6
495     
Reklam

Reklam