» » » Çempionlar Liqası: "Azərreyl" və "Telekom"un rəqibləri müəyyənləşdi

Çempionlar Liqası: "Azərreyl" və "Telekom"un rəqibləri müəyyənləşdi

Çempionlar Liqası: "Azərreyl" və "Telekom"un rəqibləri müəyyənləşdiVoleybolçu qadınlar arasında Çempionlar Liqasının 2016-2017 mövsümünün püşkatma mərasimi keçirilib. Premyer.az bildirir ki, püşk nəticəsində Azərbaycan çempionu "Azərreyl"lə, vitse-çempion "Telekom"un rəqibləri müəyyənləşib.
 
 
"A" Qrupu: "Ximik" (Polşa), "İmoko Konelyano" (İtaliya), "Telekom" (Azərbaycan), təsnifat mərhələsində 3 cütünün qalibi
"B" Qrupu: "Dinamo" (Moskva, Rusiya), "Volero" (İsveçrə), "Alba" (Rumıniya), təsnifat mərhələsində 4 cütünün qalibi
"C" Qrupu: "Azərreyl" (Azərbaycan), "Sent-Rafael Var" (Fransa), "Fənərbağça" (Türkiyə), təsnifat mərhələsində 2 cütünün qalibi
"D" Qrupu: "Vakıfbank" (Türkiyə), "Drezdner" (Almaniya), "Uraloçka" (Rusiya), təsnifat mərhələsində 1 cütünün qalibi
Qeyd edək ki, qrup mərhələsində oyunlara oktyabrın 18-də start veriləcək. Qalib isə gələn il aprelin 23-də müəyyənləşəcək.
286