» » » Voleybol Millimiz Avropa Liqasında ardıcıl 3-cü qələbəsini qazandı

Voleybol Millimiz Avropa Liqasında ardıcıl 3-cü qələbəsini qazandı

Qadınlardan ibarət voleybol üzrə milli komandamız Avropa Liqasının qrup mərhələsinin I dövrəsində son oyununu keçirib.  Premyer.az xəbər verir ki, B qrupunda çıxış edən komandamız İspaniya ilə qarşılaşıb. İlk iki oyunda Fransa və Monteneqronu "quru hesab"la məğlub edən voleybolçularımız Piriney təmsilçisindən də üstün olub - 3:1 (25:16, 23:25, 25:17, 25:16).

Qrupun digər oyununda Fransa və Monteneqro seçmələri üz-üzə gəlib. Matç fransızların çətin qələbəsi ilə yekunlaşıb - 3:2 (25:19, 20:25, 21:25, 25:17, 25:9)

Hər 3 oyunda qələbə qazanan Faiq Qarayevin yetirmələri 9 xalla qrupun vahid lideridir. Monteneqro 5 xalla 2-ci yeri tutur. İspaniya və Fransa komandaları hərəyə 2 xalla 3-4-cü yerləri bölüşürlər.
  
Qeyd edək ki, ikinci dövrənin oyunları iyunun 10-12-də Fransada keçiriləcək.
397     
Reklam

Reklam