» » » "Shamkir Chess 2016" turnirinin qalibi bəllidir

"Shamkir Chess 2016" turnirinin qalibi bəllidir

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2016" turnirinə yekun vurulub.
 
Premyer.az bildirir ki, həmyerlimiz Şəhriyar Məmmədyarov son turda hollandiyalı Aniş Qirini məğlub edərək, xallarının sayını 6-a çatdırıb. Son turda italiyalı Fabiano Karuana Sergey Karyakinlə (Rusiya) heç-heçə edib.  Beləliklə, Karuana da turniri 6 xalla tamamlayıb. Hər iki şahmatçının xalı eyni olduğundan Məmmədyarovla Karuana arasında tay-brek oyunu keçirilib. İtaliyalı rəqibini məğlub edən şahmatçımız turnirin qalibi olub.

Digər şahmatçılarımızdan Rauf Məmmədov 4,5 xalla 5-ci yeri tutub. Teymur Rəcəbovla Eltac Səfərli hərəyə 4 xalla 6-8-ci yerləri bölüşüblər.
149