» » » Voleybolçularımız Avroliqada ikinci qələbəsini qazandı

Voleybolçularımız Avroliqada ikinci qələbəsini qazandı

Qadınlardan ibarət voleybol üzrə milli komandamız Avroliqanın qrup mərhələsində 2-ci oyununu keçirib.
 
Premyer.az bildirir ki, yığmamız Monteneqroda meydan sahibləri ilə qarşılaşıb. Hər 3 setdə rəqibindən üstün təsir bağışlayan komandamız 3:0 (25:21, 25:23, 25:22) hesabı ilə qalib gəlib.

Xatırladaq ki, voleybolçularımız ilk oyunda Fransanı eyni hesabla məğlub etmişdi. 2 turdan sonra 6 xal toplayan millimiz qrupun vahid lideridir. 3 xala malik olan Monteneqro 2-ci yeri tutur. İspaniya 2 xalla 3-cü, Fransa isə 1 xalla 4-cü pillədədir.
 
Foto: Rauf İskəndərov
579     
Reklam

Reklam