» » » Məktəblilərin şahmat turniri keçirildi

Məktəblilərin şahmat turniri keçirildi

Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26-27 may 2016-cı il tarixlərdə 276 №li tam orta məktəbdə "28 May-Respublika Günü” münasibətilə rayon orta ümumtəhsil məktəblərinin 5-6-cı sinif şagirdləri arasında "Şahmat” birinciliyi keçirilib.
Premyer.az bildirir ki, birincilikdə 26 komanda tərkibində 6 nəfər olmaqla ümumilikdə 156 nəfər şagird iştirak edib.
Yarışın nəticəsinə görə I yeri 246 №li məktəb-liseyin komandası, II yeri 102 №li tam orta məktəbin komandası, III yeri 314 №li tam orta məktəbin komandası tutub.
Qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomlarla təltif olunublar.
566     
Reklam

Reklam