» » » Gənc cüdoçularımız Avropa Kubokunun ilk günündə 4 medal qazandı

Gənc cüdoçularımız Avropa Kubokunun ilk günündə 4 medal qazandı

Avstriyada gənclər arasında cüdo idman növü üzrə Avropa kubokuna start verilib. Premyer.az xəbər verir ki, yarışın birinci günü Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, gənc cüdoçularımız ilk gündə 4 medal qazanıblar.
Natiq Qurbanlı (55 kq), Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) və Murad Heydərli (60 kq) mötəbər turnirin bürünc medallarına sahib olublar.
Digər təmsilçimiz Rüfət Tağızadə (60 kq) isə 5-ci olub.
Qeyd edək ki, 33 ölkədən 511 idmançının (308 oğlan, 203 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (14 oğlan, 2 qız ) ilə təmsil olunur.
261