» » » Gənclər və İdman İdarəsi Cumhuriyyət gününü qeyd etdi

Gənclər və İdman İdarəsi Cumhuriyyət gününü qeyd etdi

Astara rayon Gənclər Evində Azərbaycan Xalq Cümhuriyyətnin yaradılmasının 98-ci ildönümü münasibətilə gənclərlə görüş keçirilib. Premyer.az xəbər verir ki, tədbirdə Astara Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, Astara Pedoqoji Kollecinin və şəhər orta məktəblərin müəllimləri iştirak ediblər.
Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev iştirakçıları salamlayaraq Azərbayan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti haqqında gənclərə məlumat vermək üçün sözü Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Aysel Cəbiyevaya verdi. O, AXC-nin tarixi, 23 aylıq hakimiyyəti dövründə gördüyü böyük işlərdən, qəbul etdiyi dövlət rəmzlərindən, ordu quruculuğundan, beynəlxalq aləmdə tanınmasından  danışdı və bugünki müstəqil Azərbaycanın məhz AXC-nin varisi olduğunu qeyd edib.
Ardından çıxış edən Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev, İdarənin baş məsləhətçisi Elnur Qurbanlı, Suparibagğ kənd orta məktəbinin müəllimi Kamalə Nəsirova AXC-nin qığılcımından yaranan mütəqil Azərbaycan və bu müstəqilliyin banisi ümumilli lider Heydər Əliyevin zəngin irsi barədə gənclərə məlumat vermişdirlər. Onlar hər bir gənci vətənpərvərvər olmağa, xalqımızın milli dəyərlərinə, mənəvi-əxlaqi tərbiyəsinə uyğun formalaşmağa səsləmişdirlər.  
Çıxışlardan sonra gənclərin Bayraq muzeyinə ekskursiyası baş tutdu. Azərbaycanın tarixi bayraqları ilə gənclərin tanışlığı oldu, Astara Pedoqoji Kollecinin müəllimi Elçin Mahmudov tarixən dəyişən Azərbaycan bayraqları haqqda gənclərə məlumat vermişdir. Sonda xatirə şəkili çəkilmişdir.
509     
Reklam

Reklam