» » » Hayle İbrahimov "Brilliant Liqa"da gümüş medal qzandı

Hayle İbrahimov "Brilliant Liqa"da gümüş medal qzandı

Mərakeşin paytaxtı Rabatda "Briliyant Liqa”ının növbəti mərhələ yarışı keçirilib.

Premyer.az xəbər verir ki, kişilərin 3000 metr məsafəyə qaçış yarışlarında Azərbaycan idmançısı Hayle İbrahimov ümidləri doğruldub. O, yalnız yerli atlet, Mərakeş təmsilçisi Abdelati İquderdən geri qalmaqla finişə ikinci çatıb. İlk üçlüyü isə ispaniyalı Adel Mekal qapayıb.

Kişilərin 3000 metr məsafəyə maneələrlə qaçış yarışında isə qələbəni Kenya atleti Konseslus Kipruto bayram edib. Fəxri kürsünün gümüş və bürünc pillələrinə də məhz Kenya idmançıları çıxıblar.
Kürəatma yarışlarında Yeni Zelandiya idmançısı Valerie Adams mərhələ qalibi olub - o, 19 tam yüzdə 68 metr göstərici ilə rəqiblərini geridə qoyub. Sonraki yerləri macarıstanlı Anito Marton və ABŞ-ı təmsil edən Brittani Smizin tutub.

Qadınların üç təkanla uzunluğa tullanma yarışı Kolumbiya idmançısı Katerine İbarqenin qələbəsi ilə başa çatıb – onun nəticəsi 14 metr 51 sm olub.
Qadınların 800 metr məsafəyə qaçış yarışında isə finişə 1 dəqiqə 56 saniyəyə çatan Cənubi Afrika atleti Kaster Semenya qalib gəlib. Burundi idmançısı Fransine Niyonsaba ikinci, fransalı Renelle Lamotenin üçüncü olub.

Nəhayət, qadınların 5000 metr qaçış yarışında 14 dəqiqə 16 saniyə nəticə ilə Efiopia atleti Ayanaya qələbə qazanıb. Kenyalı Viole Jeleqat ikinci, Efiopiyanın daha bir təmsilçisi Senbere Teferi isə üçüncü yeri tutub.
288     
Reklam

Reklam