» » » Sumqayıtda Respublika gününə həsr edilmiş cüdo yarışı keçirildi

Sumqayıtda Respublika gününə həsr edilmiş cüdo yarışı keçirildi

21-22 may 2016-cı il tarixlərində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "28 may Respublika günü”nə həsr edilmiş cüdo üzrə 2004-2006-cı il təvəllüdlü oğlanlar və qızlar arasında şəhər birinciliyi keçirilmişdir.
 
Premyer.az bildirir ki, açılış mərasimində çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov tarixi günün əhəmiyyəti barədə məlumat verərək sonda yarış iştirakçılarına uğurlar arzulayıb.
 
 
Birincilikdə İOEUGİM, "Təhsil” RİM Sumqayıt Filialı, 2 saylı UGİM, Sumqayıt Olimpiya İdman Kompleksi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, "Sərhədçi”, "AZƏRİ” və "Fərid” Cüdo Klublarının 15-i qız olmaqla ümumilikdə 212 idmançısı qalib adı uğrunda mübarizə aparıb.
 
 
Turnirin qalibləri qiymətli hədiyyə və diplomlarla mükafatlandırılıb.
379