» » » Taekvondo millimiz Avropa çempionatına yollandı

Taekvondo millimiz Avropa çempionatına yollandı

Taekvondo millimiz Avropa çempionatına yollandıBöyüklərdən ibarət milli taekvondo komandamız Avropa çempionatında iştirak etmək məqsədi ilə artıq İsveçrəyə yollanıb. Premyer.az bildirir ki, komandamız, Avropa Teakvondo Birliyi tərəfindən 19-22 may tarixlərində Montrö şəhərində təşkil etdiyi qitə çempionatına tam heyətlə qatılacaq.
37 ölkədən 387 taekvondoçunun qatılacağı yarışda millimiz 17 idmançı ilə təmsil olunacaq. Belə ki, millinin heyətində Dünya, Avropa və I Avropa Oyunlarının qalibi, dünya kubokunun sahibləri, Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanan Radik İsayev (+87 kq), Milad Beigi Hərçəqani (-80 kq), o çümlədən Ayxan Tağızadə (-68 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi -63 kq), Səid Quliyev və Namaz Heydərov (hər ikisi -74 kq),eləcə də Məcid Sofiyev, İlham Əliyev (hər iksi -54 kq), Məmmədalı Quliyev (-58 kq),Ramin Əzizov (-80 kq) və Payam Qubadi Oğaz da(-87 kq) yer alıb.
Zərif cinsin nümayəndələrindən isə Rio Olmipiyadasında -67 kq çəki dərəcəsində özlkəmizi təmsil edəcək Fəridə Əzizova,Patimat Abakarova,eləcə də Gülhanım Yeşildal (hər ikisi -53 kq),İlayda Kardelen Çiftçi (-46 kq) və Yaprak Eriş (-62 kq) 4 gün davam edəcək möhtəbər yarışda, çempionluq titulu uğrunda mübarizə aparacaq.Millimiz, çempionata baş məşqçi Reza Mehmandoust,Sun Mi Park,böyük məşqçilər Elnur Amanov,Səbuhi Züfüqarov və Hye Young Choi-nin rəhbərliyi ilə qatılacaq.
Bu çempionatda ölkəmizi hakimlər qismində beynəlxalq dərəcəli hakim,Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş hakimi Elşən Quliyev təmsil edəcək.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə İsveçrəyə səfər edən millimiz, 23 may tarıxındə vətənə dönəcək.
357     
Reklam

Reklam