» » » “Bakı-2016” ralli yarışına dəstək məqsədilə “Velosiped” birinciliyi keçirilib

“Bakı-2016” ralli yarışına dəstək məqsədilə “Velosiped” birinciliyi keçirilib

16 may 2016-cı il tarixdə Binəqədi rayonu S.S.Axundov küçəsi (metronun "Dərnəgül” stansiyasının üzərində) istiqamətində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayon məktəbliləri arasında "Bakı-2016” ralli yarışına dəstək məqsədilə "Velosiped” birinciliyi keçirilib.
 
Premyer.az xəbər verir ki, birincilikdə 32 komanda tərkibində 5 nəfər (1 nəfər qız, 4 nəfər oğlan) olmaqla ümumilikdə 160 nəfər şagird iştirak edib.
 
Yarışın nəticəsinə görə I yeri 115 №li tam orta məktəbin komandası, II yeri 83 №li məktəb-liseyin komandası, III yeri 301 №li tam orta məktəbin komandası tutub.
 
Qaliblər Təhsil Nazirliyi tərəfindən kubok və diplomlarla təltif olunublar.
310     
Reklam

Reklam