» » » Azərbaycanı avrokuboklarda cəmi 2 voleybol klubu təmsil edəcək

Azərbaycanı avrokuboklarda cəmi 2 voleybol klubu təmsil edəcək

2016/17 mövsümündə Azərbaycanı voleybol üzrə avrokuboklarda cəmi 2 klub təmsil edəcək.
 
Premyer.az xəbər verir ki, "Azərreyl" və "Telekom" Çempionlar Liqasında mübarizə aparacaq. Maliyyə problemləri yaşayan "Lokomotiv" və "Azəryol" isə avrokuboklarda iştirak etməyəcək. Bu isə o deməkdi ki, CEV kuboku və "Çağırış" kubokunda heç bir klubumuz oynamayacaq.
"Telekom" böyük ehtimalla yenə Zoran Qayiçin rəhbərliyi altında çıxış edəcək. Ancaq "Azərreyl"in baş məşqçi məsələsinə hələ aydınlıq gəlməyib. Qeyd edək ki, "Lokomotiv"in əcnəbi voleybolçulara olan borcu ya klub, ya da Voleybol Federasiyası tərəfindən ödənməsə, klublarımıza transfer qadağası qoyulacaq.
212