» » » IV İslam Həmrəyliyi oyunlarına geriyə sayım başladı

IV İslam Həmrəyliyi oyunlarına geriyə sayım başladı

12 May 2016-cı il tarixdə Dənizkənarı Milli Parkda 2017-ci ildə Bakıda start götürəcək IV İslam Həmrəyliyi oyunarının başlamasına həsr olunmuş idman tədbiri keçirildi.
Premyer.az bildirir ki, tədbirdə gənclər və idman naziri, IV İsıam Həmrəyliyi oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə,  İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Koordinasiya Komissiyasının rəhbər işçiləri, İslam dövlətinin Milli Olimpiya Komitələrinin (NOC) üzvləri və digər qonaqlar iştirak edirdilər.
Qonaqlara ilk olaraq aktyorlar tərəfindən islam dünyasının bir sıra əfsanələrini özündə əks etdirən səhnələr nümayiş etdirildi. Daha sonra IV İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq idman növlərinin təqdimatı oldu.
Bununla da, IV İslam Həmrəyliyi oyunlarının ölkəmizdə start götürməsinə geriyə sayım başladı.
153