» » » Gənc güləşçilərimiz Rusiyadan 4 medalla döndü

Gənc güləşçilərimiz Rusiyadan 4 medalla döndü

Dağıstan Respublikasının Çaroda rayonunda Sovet İttifaqı qəhrəmanı Əhməd Abdulməcidovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. 

Premyer.az xəbər verir ki, turnirdə iştirak edən yeniyetmələrdən ibarət yığma komandanın üzvləri yarışlarda 2 gümüş və 2 bürünc medal qazanıb. 

Yalnız final görüşündə uduzan Elmar İbrahimov (58 kq) və Rəşad Yusifli (76 kq) gümüş medala yiyələniblər. Bürünc medalları isə yığmamıza Rəcəb Nuriyev (63 kq) və Ruhan Məmmədov (69 kq) qazandırıb.
304