» » » Bu gün Olimpiya çempionumuzun doğum günüdür!

Bu gün Olimpiya çempionumuzun doğum günüdür!

Bu gün Olimpiya çempionu (Afina-2004), ikiqat Dünya çempionu (2007, 2009) və gümüş medalçısı (2002), Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin qalibi (2009); gənclər arasında Dünya çempionu (2001); yeniyetmələr arasında Dünya çempionatının gümüş medalçısı (1997), Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti Fərid Mansurovun doğum günüdür. Çempionumuzun 34 yaşı tamam olur.
 
Azərbaycan güləşindəki nailiyyətlərinə və xidmətlərinə görə ölkə başçısının sərəncamları ilə 2002-ci ildə "Tərəqqi” medalı, 2004-cü ildə isə "Şöhrət” ordeni ilə təltif olunan Fərid Mansurovu Premyer.az kollektivi olaraq doğum günü münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq!
267     
Reklam

Reklam