» » » Karateçilərimiz Fransaya yola düşdü

Karateçilərimiz Fransaya yola düşdü

Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi Fransada 51-ci Avopa çempionatına yollanan böyüklərdən ibarət milli komandanın üzvləri, məşqçilər və hakimlərin iştirakı ilə yığıncaq keçirib.      
 
Premyer.az xəbər verir ki, federasiyanın 1-ci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov və baş katib Mir-Cabbar Seyidov qarşıdakı mötəbər yarışın əhəmiyyətini qeyd edərək idmançılarımızdan yüksək məsuliyyət tələb olunduğunu bildiriblər. 2015-ci ildə İstanbuldakı Avropa çempionatında 2 qızıl, 1 gümüş və komanda yarışlarında bürünc medal qazanan karateçilərimizdən hər zaman olduğu kimi yenə də uğurlu nəticə gözlənildyi bildirilib. 
 
Yığıncaqda milli komanda üzvlərinin yeni geyim dəsti ilə təchiz olunmaları, idmançıların xüsusi proqram üzrə hazırlıqları, WADA-nın qaydaları çərçivəsində vitaminləşmə prosesinin uğurla aparılması, milli komanda üzvlərinin rəqabətli seçiminin obyektiv qurulması kimi son işlərdən danışılıb. 
 
Sonra məşqçilər və idmançılar federasiya rəhbərliyinin onlara göstərdiyi etimadı doğrultmağa çalışacaqlarını söyləyiblər. Mayın 2-də Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatına yola düşən heyət 1 həftə sonra Bakıya dönəcək.

204     
Reklam

Reklam