» » » Cüdoçularımız Avropa çempionatının bürünc medallarına sahib oldu!

Cüdoçularımız Avropa çempionatının bürünc medallarına sahib oldu!

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının komanda yarışları da Azərbaycan milli komandası üçün uğurlu olub.
 
Premyer.az xəbər verir ki, cüdoçularımız əvvəlcə Latviya millisini 4:1 hesabı ilə məğlub edib. Polşa yığmasına 2:3 hesabı ilə uduzan milli komandamız təsəlliverici görüşlərə qatılıb. Burada Yunanıstan cüdoçularına qalib gələn idmançılarımız bürünc medal uğrunda görüşdə Fransa milli komandası ilə qarşılaşıblar.
 
Əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan cüdoçuları rəqibinə 3:2 hesabı ilə qalib gələrək Avropa çempionatının bürünc medallarına sahib olublar.
104