» » » Basketbolçularımız Avropa Çempionatının seçmə mərhələsində iştirak edəcək

Basketbolçularımız Avropa Çempionatının seçmə mərhələsində iştirak edəcək

Bu il FİBA 3X3 Avropa Çempionatının seçmə mərhələsi üç ölkədə (Andorra, Fransa və Niderland Krallığı) keçiriləcək.
Premyer.az xəbər verir ki, kişilərdən və qadınlardan ibarət yığma komandalarımız iyul ayının 1 və 2 keçiriləcək FİBA 3X3 Avropa Çempionatının seçmə mərhələsində iştirak edəcəklər.
Kişilərdən ibarət yığma komandamız Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Serbiya, Niderland, Türkiyə, Rusiya, Almaniya, İsveçrə, Slovakiya və Uels yığma komandaları ilə qitə birinciliyinin final mərhələsinə 4 vəsiqə uğrunda, qadın komandamız isə Fransanın Puatye şəhərində İtaliya, İspaniya, Fransa, Türkiyə, Slovakiya, Rusiya və Latviya komandaları ilə 3 vəsiqə uğrunda mübarizə aparacaq.
FİBA 3X3 Avropa Çempionatının final mərhələsi bu il sentyabrın 2-dən 4-dək keçiriləcək. Final yarışlarının keçirilmə yeri barədə əlavə məlumat veriləcək.

199     
Reklam

Reklam