» » » Muay tayçılarımız WTKA versiyası üzrə Avropa çempionatında

Muay tayçılarımız WTKA versiyası üzrə Avropa çempionatında

5-9 may tarixləri arası Rumunyanın paytaxtı Buxarest şəhərində Muay Tay WTKA versiyası üzrə Avropa çempionatı keçiriləcək.
 
Premyer.az xəbər verir ki, komandamız bu mötəbər yarışda 4 idmançı ilə təmsil olunacaq.
 
Hal-hazırda Şəhriyar Isayevin rəhbərliyi altında gərgin məşqlər davam edir. İdmançılar Alid Məmmədzadə (60 kq, "Raiq" klubu),  Mirfaiq Qəniyev (51 kq, "Raiq" klubu), Fərid Məmmədov (75 kq, "Kobra" klubu) və Abdulrəhman Abdullayev (54 kq, "Kaspian" klubu) ölkəmizin şərəfini qoruyacaq.
316