» » » 7-ci Beynəlxalq "Baku Open" Karate Turnirinin açılış mərasimi keçiriləcək

7-ci Beynəlxalq "Baku Open" Karate Turnirinin açılış mərasimi keçiriləcək

22-23 aprel tarixlərində "Sərhədçi" İdman Olimpiya Mərkəzində 7-ci Beynəlxalq "Baku Open" Karate Turniri keçiriləcək.       Premyer.az Karate federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 10 ölkənin idmançıları iştirak edəcək. 7-ci beynəlxalq "Baku Open"ə Azərbaycandan başqa Türkiyə, Bolqarıstan, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan və Ukraynadan 200-dən artıq idmançı qatılacaq.  
     Turnirin təntənəli açılış mərasimi 22 aprel saat 17:00-da başlayacaq. Mərasimdə bir sıra ölkələrin karate federasiyasının rəhbərləri və digər fəxri qonaqlar iştirak edəcəklər. 
     Böyüklər arasında fərdi kata və kumite yarışları, həmçinin veteran karateçilərin çxışları yarışın ilk günü olacaq. Ertəsi gün isə yeniyetmə və gənclərin kata və kumite yarışları keçiriləcək. 
     Turnirin təntənəli açılış mərasimi və final görüşləri CBC Sport televiziyası ilə canlı yayımlanacaq. Hər iki yarış günü Azərbaycan Milli Karate Federasiyasının rəsmi internet səhifəsində, eləcə də rəsmi "YouTube" videokanalı və "Facebook" soisal şəbəkəsində rəsmi səhifəsi vasitəsilə canlı yayımla təqdim ediləcək. Turnirin daha da kütləvi işıqlandırılması üçün rusiyanın "Боец" televiziyasından xüsusi çəkiliş qurupu dəvət olunub.

203