» » » Samboçularımızın Avropa çempionatında möhtəşəm uğuru!

Samboçularımızın Avropa çempionatında möhtəşəm uğuru!

Fransanın Tuluza şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı keçirilib.

Premyer.az xəbər verir ki, Azərbaycan millisi yarışı iki qızıl, bir gümüş, beş bürünc medalla başa vurub. Fəxri kürsünün ən yüksək pilləsinə yeniyetmələrdən Asim Əhmədov (70 kq), gənclərdən Əliş Yusifov (48 kq) yüksəlib. Yeganə gümüş medala gənc samboçu Aslan Mirzəyev (90 kq) sahib çıxıb. Bürünc medalları isə yeniyetmələrdən Fuad Məmmədov (56 kq), Tural Allahverdiyev (62 kq) və Bahadır Əsgərov (65 kq), gənclərdən Murad Əliyev (52 kq) və Abdulla Abdullayev (60 kq) qazanıb.
Hər iki Avropa çempionu finalda rusiyalı rəqiblərini məğlub edib. Asim Əhmədov Yevgeni Koskoya qalib gəlibsə, Əliş Yusifov erməni əsilli Arman Tovmasyanı üstələyib. Tural Allahverdiyev isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Ernest Hayrapetyanı məğlub edib.
377     
Reklam

Reklam