» » » Cüdoçumuz Qran-Pri yarışında bürünc medal qazandı

Cüdoçumuz Qran-Pri yarışında bürünc medal qazandı

Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-Pri yarışına start verilib.

Premyer.az bildirir ki, yarışın ilk günü milli komandamız üçün uğurlu olub. Belə ki, milli komandamız aktivinə ilk medalı yazdıra bilib.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyev 1/4 finala gedən yolda ilk olaraq belçikalı Senne Vins, daha sonra isə çinli Jianqi Anı məğlub edib. 1/4 finalda Belarus cüdoçusu Arif Bağırova qalib gələn Müşkiyev yarımfinala adlayıb. Lakin yarımfinalda təmsilçimiz tatami sahibi Bəkir Özlüyə uduzub. 3- cü yer uğrunda qarşılaşmada isə bolqarıstanlı Yanislav Qerçev üzərində qələbə qazanaraq millimizin aktivinə ilk medalı yazıdırıb.

Bu çəkidə mübarizə aparan digər təmsilçimiz Orxan Səfərov ilk qarşılaşmasında tatami sahibi Əhməd Kabaya məğlub olub.

Digər cüdoçularımız – Nicat Şıxəlizadə (66 kq) və Aişə Qurbanlı (48 kq) da mübarizəni erkən dayandırıblar.
204