» » » Moskvada Vüqar Həşimovun xatirəsinə həsr edilmiş ənənəvi şahmat turniri keçiriləcək

Moskvada Vüqar Həşimovun xatirəsinə həsr edilmiş ənənəvi şahmat turniri keçiriləcək

Rusiyanın paytaxtı Moskva şəhərində Vüqar Həşimovun xatirəsinə həsr edilmiş ənənəvi şahmat turniri keçiriləcək.
 
Premyer.az xəbər verir ki, Avropa çempionu və dünyanın aparıcı şahmatçılarından biri olmuş, mərhum Vüqar Həşimovun adını daşıyan Beynəlxalq açıq turnir aprelin 30-da Moskva Millətlər Evində baş tutacaq və saat 16:00-da start götürəcək.
 
 
 
Sayca 3-üncüsü keçiriləcək turnirin təşkilatçıları - Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Ümumrusiya Azərbaycan Konqresidir.
 
Turnirdə iştirak etmək üçün, ad və telefon nömrəsi yazılmış ərizələr, az-kultura@mail.ru elektron ünvanına göndərilməlidir.
 
 
Əlavə məlumatı 8 (965) 448-03-03 nömrəli telefondan əldə etmək mümkündür.
 


195