» » » Stolüstü Tennis üzrə Azərbaycan çempionatı keçirilir

Stolüstü Tennis üzrə Azərbaycan çempionatı keçirilir

Məlumat verildiyi kimi, "Şüa” İdman - Sağlamlıq Mərkəzində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Azərbaycan Birinciliyi keçirilir. 
 
Premyer.az xəbər verir ki, artıq komanda yarışları başa çatmış, qaliblər müəyyənləşmişdir.
 
 
1998-2000-ci il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında keçirilmiş yarışlarda I yeri Sumqayıt, II yeri Bakı, III yeri Şirvan və Şabran komandaları, 1998-2000-ci il təvəllüdlü qızlardan ibarət komandalar arasında I yeri Sumqayıt, II yeri Şirvan, III yeri Şabran komandaları tutmuşlar.
 
 
2001-ci il təvəllüd və azyaşlı oğlanlardan ibarət komandalar arasında I yeri       Bakı 1, II yeri Şabran və III yeri Təhsil -1, Bakı -2 komandaları, qızlardan ibarət komandalar arasında isə I yeri Bakı-1, II yeri Şabran, III yeri isə Bakı -2, Şəki -1 komandaları qazanmışlar.
433     
Reklam

Reklam