» » » Cüdoçularımız Afrikanın açıq çempionatında iştirak edəcək

Cüdoçularımız Afrikanın açıq çempionatında iştirak edəcək

Mərakeşin Kasablanka şəhərində cüdo üzrə Afrika açıq çempionatı keçiriləcək.
 
Premyer.az bildirir ki, martın 12-də start götürəcək və iki gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək. 59 ölkədən 310 (202 kişi, 108 qadın) cüdoçunun qatılacağı yarışda millimiz 17 idmançı ilə təmsil olunacaq.

Afrikada ölkəmizin şərəfini Mehman Sadıqov, Oruc Vəlizadə, Rasim Əlməmmədov, Murad Heydərli (dördü də 60 kq), Tərlan Kərimov, Telman Vəliyev (hər ikisi 66 kq), Fəqan Quluzadə, Elvin Mustafayev, Hidayət Heydərov (hər üçü 73 kq), Rüstəm Alimli, Ziya Namazov, Elvin Əhmədli (hər üçü 81 kq), Məhəmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Cəlil Şükürov (100 kq) və Uşanqi Kokauri (100 kq) qoruyacaq.
134